BİZİM HEKAYƏMİZHaqqımızda Məlumat

TURAN Restoranlar Şəbəkəsi öz başlanğıcını 1991-ci ildə “Çerkassı” adı kafesindən (indiki “BAKI” restoranı) götürmüş və inkişaf yoluna başlamışdır. Daim yeniliklərə açıq olan, fəaliyyət prinsiplərini kamilləşdirən, xidmət sahələrini genişləndirən, restoran seqmentində daha çox insana xidmət göstərməyi özünə hədəf alan Mübariz Quliyevin şəxsi səyi, peşəkar mütəxəssisləri seçmə bacarığı və onlarla komanda şəklində işləməsi öz nəticəsini verib. – artıq “TURAN Restoranı” adı ilə ün qazanan 7 ailəvi istirahət məkanını özündə birləşdirən şəbəkə qurulub. Bu gün qürurla qeyd edə bilərik ki, TURAN Restoranlar Şəbəkəsi Sumqayıt şəhərində restoran sektoru üzrə birinci yerdədir. Beləki, Sumqayıt şəhərində ailəvi istirahət məkanının yaradılması və restoran mədəniyyətinin formalaşması baxımından tətbiq edilən ən gözəl, yaddaqalan və sevilən yeniliklər məhz bu şəbəkəyə məxsusdur. Öz yenilikləri ilə hər zaman seçilən TURAN Restoranlar Şəbəkəsi, istər yerli, istərsə də, şəhərimizin xarici qonaqlarının sevgisini qazanıb və bu sevginin qorunması üçün öz peşəkar, gülərüz personalı, yüksək xidməti ilə hər zaman öndə olub. TURAN kollektivi daim öz üzərində çalışır, sorumluluqlarını dərk edərək, irəliyə doğru addımlayır...Məhz bu səbəbdən TURAN Restoranlar Şəbəkəsində fəaliyyət göstərən  hər bir əməkdaşın peşəkarlığı, bilik və bacarıqlarının artırılması üçün böyük səylər göstərilir; bu istiqamətdə təlim, təkmilləşdirmə kurslarının təşkili və digər təhsil proqramları dəstəklənir. Hətta, bu yöndə inkişafın daha da təsirli olması üçün TURAN Restoranlar Şəbəkəsinin “Təlim və İnkişaf Mərkəzi” fəaliyyətə başlayıb. Bu Mərkəz nəinki öz Şəbəkə üzvlərinə, eləcə də, TURAN Restoranlar Şəbəkəsinin aid olduğu ictimai-mədəni, sosial-iqtisadi seqmentin digər üzvlərinə də öz dəstəyini əsirgəmir; TURAN Restoranlar Şəbəkəsi Təlim və İnkişaf Mərkəzinin xidmətlərindən digər restoran və otellər bugün və gələcəkdə də yararlana bilər. Bundan əlavə TURAN Restoranlar Şəbəkəsi hal-hazırda işadamlarına, yatırtımçılara 3 növ əməkdaşlıq təklif edir:

  1. İctimai-iaşə sektorlarının (Otel, restoran, kafe və s.) idarə olunması xidmətləri;
  2. Françayzinq (Brendin istifadə edilməsi üçün lisenziyanın verilməsi);
  3. Konsaltinq xidmətləri.

Aşağıda bu və digər təkliflərin özəti verilib:

-          Böhran əleyhinə idarəetmənin təşkili və idarə edilməsi;

-          Restoran layihələrinin incələnməsi;

-          Konsepsiyaların yaradılması;

-          Restoranların layihələndirilməsi, tikilməsi;

-          Restoranların özəl dizaynla dekorasiya edilməsi və interyerlə təmini;

-          Restoranların açılışı törənlərinin təşkili;

-          Restoran və otellərin idarəedilməsi;

-          Françayzinq;

-          “Ekspress xidmətlər”in təşkil edilməsi...

Şirkətdaxili nizam-intizam qaydalarının qorunub saxlanılması məqsədi ilə TURAN Restoranlar Şəbəkəsinin Baş ofisi tərəfindən vaxtaşırı iclas, attestasiya, aylıq dəyərləndirmə və digər vacib, təxirəsalınmaz tədbirlər görülür. Həmçinin yeməklərin tərkibi və hazırlanması işi gündəlik nəzarətdə saxlanılaraq xüsusi ekspert qrupları tərəfindən yoxlanılır. Kollektiv üzvləri ilə uyğun mövzular - fövqəladə hallar, təhlükəsizlik texnikası qaydaları, davranış və gigiyena qaydaları, restoran etiketi, işgüzar xidmət etikası və s. haqqında söhbətlər aparılır.

TURAN Restoranlar Şəbəkəsinə daxil olan Restoranlarda mövcud banket zalı, açıq hava ortamı və qapalı kabinlərdə aşağıdakı əsas xidmətlər təklif edilir*

-          “Açıq bufe” tipli xidmət növü;

-          “Fast-Food” çeşidləri;

-          “YE-DE” Şirniyyat bölümünün xidmətləri;

-          “A-la-card” xidmət növü;

-          Banketlər (Toy, nişan, xına törəni, adgünü, bayram və s);

-          Özəl günlərdə şou-proqram və konsertlərin təşkili (keçirilməsi);

-          Yalnız ailəvi istirahət üçün ayrılmış özəl məkanlar;

-          Uşaqlar üçün oyun meydançası;

-      Uşaq və böyüklər üçün əyləncə güşəsi (“Gülüş otağı”, “tir-laser”, “bouling”);

-          “VİP zona” sifarişi;

-          Ev və iş yerinə sifariş (çatdırılma)...

Əlavə xidmətlər:

-          Biznes-tədbirlər (konfrans, seminar, təlim, iclas və s.);

-          Koorporativ tədbirlər;

-          “Coffee-brake” təşkili;

-          Özəl tanıtım törənlərinin təşkili (prezentasiya);

-          “Furşet”lərin təşkili;

-          “Kokteyl-parti”lər;

-          Toy, adgünü, bayram və b. özəl günlərdə zalların özəl bəzədilməsi;

-          Tədbirlərdə foto və video çəkiliş, fərdi fotosessiya;

-          Uşaq tədbirlərini qeyd etmək üçün yaradılmış əyləncə proqramları, intelektual yarışmalar;

-          Şəhər sakinləri və turist qrupları üçün ölkənin tarixini və gözəlliklərini əks etdirən  yerlərə gəzinti (Özəl proqram, bələdçi, nəqliyyat, fotossesiya daxil...);

-          Uşaqlar üçün dayə;

-          Daşınma xidməti;

-          “Ayıq sürücü” xidməti;

-          Canlı musiqi;

-          “Face-art”;

-          Özəl günlər üçün “foto albom” təşkili...

*Yuxarıda sadalananların istənilən biri ilə maraqlanan hər kəs uyğun obyektlərə yönləndirilir.

TURAN Restoranlar Şəbəkəsi yuxarıda sadalanan tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün ideal seçimdir. Beləki, Şəbəkəyə daxil olan hər bir restoranda təşkil olunmuş (yuxarıda sadalanan) tədbirlər və özəlliklə ailəvi dincəlmək üçün güvənli, əlverişli ortam mövcuddur; habelə restoranlarımız şəhərin ən görkəmli ünvanlarında yerləşib.

TURAN Restoranlar Şəbəkəsinə daxil olan restoranların əsasən parkların çevrəsində yerləşməsi təsadufi deyildir. Bundan başqa, öz qonaqlarına daha da peşəkar xidmət göstərmək məqsədi ilə TURAN Restoranlar Şəbəkəsi 26 illik inkişaf tarixinə baxmayaraq, bugün də inkişaf edir, xidməti prosesləri avtomatlaşdırır. Şəbəkə kollektivi qazanılmış uğurlarla yetinməyərək, yeni innovasiyalar axtarışındadır.

Çoxfunksiyalı istirahət məkanı olan TURAN Restoranlar Şəbəkəsi çağdaş standartlara uyğun texniki avadanlıqlarla təchiz olunmuş, təzə və keyfiyyətli (halal) ərzaq  məhsullarından hazırlanmış (Azərbaycan və Avropa mətbəxinə xas) yeməkləri, həmçinin dadlı-tamlı çörək çeşidləri, “YE-DE” şirniyyatları, mürəbbə, tutma və TURANa özəl müəllif yeməkləri ilə... bir başqa seçilir... Yeməklərin hazırlanması prosesində (ümumən xidmət zamanı) gigenik tələbləri tam təmin edən təcrübəli, sertifikatlaşmış aşpazlardan ibarət komandaya malik olmaq şəbəkəmizin üstünlüklərini şərtləndirən amillərdəndir. Buradakı  xörəklərin hər biri öz işini layiqincə bilən yüksək səviyyəli aşpazlar tərəfindən sevilərək (estetik dəyərlər də göz önündə tutularaq) hazırlanan, kiçik bir sənət əsəridir. Beləki, şəbəkənin aşpazları tərəfindən nəinki yeməklərin dadına, hətta görünüşünə diqqətlə yanaşılır; onlar tərəfindən hazırlanmış ləziz, xoş ətirli və zövqlə bəzədilmiş yeməklər mükəmməl süfrədə insanları birləşdirərək, hər gün yeni bir bayram ovqatı yaşadır... 

TURAN Restoranlar Şəbəkəsi nəinki çoxçeşidli mətbəxi, həmçinin öz çağdaş, fərqli interyeri, zövqlü musiqisi və ən əsası, gülərüz, peşəkar işçiləri ilə hər zaman qonaqların məmnuniyyətini qazanmağa çalışıb. Peşə təlimində iştirak etmiş hər bir işçi, özünüzü tam rahat, evinizdəki kimi hiss etməniz və gününüzü daha da xoş keçirməniz üçün Sizlərə xoş ortam yaradacaqdır.

Bütün bu dediklərimiz TURAN Restoranlar Şəbəkəsinin şüarında belə əks olunub:

                “TURAN” Ailəvi Məkan -

                                                             Yaşanan ən gözəl an...

Turan Park Restoran - 09:00 - 00:00

Turan Lider Restoran- 09:00 - 00:00

Turan Garden Restoran- 09:00 - 00:00

Turan Zəfəran Lounge Restoran - 09:00 - 00:00

 

 

 

ÜnvanVə Bizimlə Əlaqə

Əlaqə Forması

Məlumat

Yüksək keyfiyyətli restoran, banketlər, nişan – toy kimi şənlik mərisimləri, furşetlər, açıq buffet, evə və ya ofisə sifariş, ketrinq xidmətləri ilə önünüzə çıxırıq. Restoranlarımızın bacarıqlı əməkdaşları bu sahədə böyük təcrübəyə malikdirlər. Hər bir qonağımızla biz ünsiyyət qura bilirik. “Turan Restoranlar Şəbəkəsində” xidmət hər bir qonağımıza dərin diqqətlə yanaşma üzərində qurulub. Sizlər əgər istimünasibətli, rahat bir şərait və yüksək professional xidmət sevirsinizsə o zaman sizə bizim restoranlarımıza buyurmanızı mütləq məsləhət görürük.

Ünvan

1. Turan Park Restoranı 30 Ünvan: Sumqayıt şəh., Səməd Vurğun küçəsi, Şahmat məktəbi ilə üzbəüz
2. Turan Lider Restoranı Ünvan: Sumqayıt şəh., 3-cü mkr., Sülh küçəsi.  
3. Turan Garden Restoranı Ünvan: Sumqaylt şəh., 34-cü məh. Nərimanov klubunun yanı.(parkın içi)
4. Turan Zəfəran Restoranı Ünvan: Sumqayıt şəh., 9-cu MK (Kimyaçılar sarayının yanı)