1983-cü ildə 25 fevral tarixində Bakı şəhərində anadan olub. 2003-2005-ci illərdə hərbi xidmətdə olub.
2012-2013-cü illərdə 12 saylı Bakı Peşə Məktəbində aşpaz ixtisası üzrə təhsil alıb.
2013-cü ildən Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvüdür.
19 mart 2015-2018-ci il tarixlərində “Novruz” bayramı münasibəti ilə dənizkənarı “Bulvar” parkında keçirilən tədbirdə fəal iştirak etmiş və diplomlarla təltif edilmişdir.
Usta dərəcəli aşpazdır. 2018-ci ildən Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvüdür.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının xətdi ilə Rumınya, Türkiyə, Slovenya və s. ölkələrdə keçirilən beynəlxalq kulinariya yarışlarının qalibidir. İtaliya, İsveç, Fransada keçirilən Azərbaycan mətbəxi günlərində milli mətbəximizi təmsil edib. Hindistanda keçirilən Dünya Qida Sammitində Azərbaycan Milli mətbəxini təqdim edərək birincilik əldə etmişdir.
WICS-in kulinariya hakimi sertifikatlı münsifidir. Bir sıra beynəlxalq festivallarda münsif qismində iştirak edib.
WICS-in “Hilal Star” və “Hilal Chef” komissiyasının Asərbaycan nümayəndəliyinin sədridir.
Azərbaycanın bir çox tanınmış restoranlarında Baş aşpaz vəzifəsində işləyərkən özünü peşəkar, məsuliyyətli, mehriban və çalışqan mütəxəssis kimi göstərmişdir.
Hal-hazırda “Turan” restoranlar şəbəkəsinin Baş aşpazıdır.
Ailəlidir üç övladı var.