Haqqımızda

Turan restoranlar şəbəkəsi öz başlanğıcını 1914-ci ildəÇerkassı’’ adlı kafesindən götürmüş və inkişaf yolunda irəliləməyə başlamışdır. Daim yeniliklərə açıq olan, fəaliyyət prinsiplərini kamilləşdirən,xidmət sahələrini genişləndirən,restoran seqmentində daha çox insana xidmət göstərməyi özünə hədəf alan Mübariz Quliyevin şəxsi səyi,peşəkar mütəxəssisləri seçmə bacarığı və onlarla komanda şəklində işləməsi öz nəticəsini verib. -artıq TURAN Restoranı”adı ilə məşhurluq qazanan 6 ailəvi istirahət məkanını özündə birləşdirən şəbəkə qurulub.

Bu gün qürurla qeyd edə bilərik ki,TURAN Restoranlar Şəbəkəsi Sumqayıt şəhərində restoran sektoru üzrə birinci yerdədir. Beləki,Sumqayıt şəhərində ailəvi istirahət məkanınınyaradılması və restoran mədəniyyətinin formalaşması baxımından tətbiq edilən ən gözəl,yaddaqalan və sevilən yeniliklər məhz bu şəbəkəyə məxsusdur. Öz yenilikləri ilə hər zaman seçilən TURAN Restoranlar şəbəkəsi,istər yerli,istərsə də, şəhərimizin xarici qonaqlarının sevgisini qazanıb və bu sevginin qorunması üçün peşəkar,gülərüz personalı yüksək xidməti ilə hər zaman öndə olub.

TURAN Restoranlar Şəbəkəsinə daxil olan restoranlarda mövcud banket zalı,açıq hava ortamı və qapalı kabinlərdə aşağıdakı əsas xidmətlər təklif edilir.

  • “Açıq Büfe” tipli xidmət növü
  • “Fast-Food” çeşidləri
  • “YE-DE” Şirniyyat bölümünün xidmətləri
  • “A-LA-CARD”xidmət növü
  • Banketlər(Toy,nişan,xına törəni,ad günü,bayram və s.)
  • ÖZƏL GÜNLƏRDƏ Şou-Proqram və konsertlərin təşkili(keçirilməsi)
  • Yalnız ailəvi istirahət üçün ayrılmış özəl məkanlar
  • Uşaqlar üçün oyun meydançası
  • Uşaq və böyüklər üçün əyləncə guşəsi (“Gülüş Otağı”,“Tir-Laser”,“Bowling”)
  • “VIP zona” sifarişi
  • Ev vəiş yerinəsifariş (çatdırılma)